Sekslə bağlı gördüyünüz yuxuların gizli mənaları

Sam Williams 04/11/2017

Keçmiş sevgilinizlə seks

Keçmiş sevgilinizlə sevişdiyinizi görmək, özünüzü ona qarşı bir şeylər hiss edib, etmədiyiniz mövzusunda özünüzü sorğulamanıza səbəb olar. Ancaq vəziyyətin əsli belə deyil.

Yuxu yozumuna görə, yuxunuzda gördüyünüz keçmiş kişi yoldaşınızı, bu anda birlikdə olduğunuz adamı təmsil edər.
Əgər yuxunuzda romantik duyğular da işin içinə girirsə bu vəziyyətin mükəmməl olduğunu deyə bilərik. Ancaq ağlınızda canlandırdığınız keçmiş sevgiliniz sizə yaxşı davranmırsa, bu vəziyyət bu anda birlikdə olduğunuz insanın keçmiş sevgilinizin pis xüsusiyyətlərindən birini götürdüyünə işarə ola bilər.

Qız dostunuzla seks

Əgər heteroseksualsanız və yuxunuzda bir qadınla sevişdiyinizi gördünüzsə bu, cinsi seçimlərinizin dəyişdiyi mənasını verməz. Bu xülyalar çox vaxt bir yoldaşlığı ön plana çıxarmaqla əlaqədardır.

Gerçək həyatda bir qadına qarşı romantik yaxınlıq hiss etməyiniz yuxularınızda onunla fiziki bir bağ qurduğunuzu görmənizə səbəb ola bilər. Yəni, yaxın bir qız yoldaşınızla etdiyiniz uzun və səmimi bir söhbətdən və ya yeni bir yoldaş əldə etdikdən sonra, yuxularınızda onunla birlikdə olduğunuzu görməyiniz təbiidir.

Aldatmaq

Yuxuda sevgilinizi aldatdığınız zaman yaşadığınız qorxu və utanc duyğusu, yaxın zamanda gerçək həyatda hiss etdiyiniz bir peşmanlığa işarə edə bilər. Bəlkə ona yalan danışmısınız və ya başqa bir kişi ilə eşqbazlıq edərək bəzi sərhədləri aşmış ola bilərsiniz.

Əgər yuxunuzda kişi yoldaşınız sizi aldadırsa, bu vəziyyət romantik həyatınız mövzusunda rahat olmadığınız anlamına gələr.

Ancaq uzun zamandır birlikdə olduğunuz adamın, sizə əvvəlki qədər çox maraq göstərməməsi sizi aldatdığı mənasına gəlməz.

Qorunmasız seks

Yuxunuzda prezervativ istifadə etmədən seks etdiyinizi və cinsi yolla yolxucu bir xəstəliyə tutulacağınızı biləcəyinizi görmək, oyanana qədər soyuq tər tökmənizə səbəb olar. All About Dreams (Yuxular Haqqında) adlı kitabın yazıçısı Gayle Delaney, özünüzü romantik olaraq qorunmasız olub olmadığınız mövzusunda sorğulamanızı təklif edir. Bəlkə də yoldaşınıza tamamilə güvənmirsiniz və ya yeni bir əlaqədə işlərin ciddiləşməsindən qorxur ola bilərsiniz.

Arzulamadığınız insanla seks

Kök müdiriniz və ya yan evdəki evdar qadın… Əsla istəməyəcəyiniz biri ilə bağlı gördüyünüz seksual yuxunun mənası nədir? Yuxu yozumuna görə, onları arzulamasanız belə sahib olduqları başqa bir şeyə qibtə edir ola bilərsiniz.

Cinsi zorakılıq

Yuxunuzda bir şeyə məcbur edildiyinizi görməyiniz (məsələn partnyorunuz ona oral seks etməniz üçün başınızı aşağıya doğru itələyirsə), özünüzü bir mövzuda gücsüz hiss etdiyinizin xəbərçisidir.

Təcavüzlə əlaqədar yuxular isə əlbəttə hər kəs üçün digərlərindən daha da sinir pozucudur. Əgər daha əvvəl təcavüzə uğramadınızsa, bu cür yuxulardan qorxmanıza ehtiyac yoxdur.