Təkcə kremdən istifadə, masaj və idman sayəsində gözəl qalmağın mümkün olduğunu düşünürsünüzsə, yanılırsınız. Belə ki, qadınların sekslə məşğul olaraq gözəlləşdikləri artıq təsdiq olunub. Araşdırmalar göstərir ki, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınlar daha gənc və gözəl qalırlar. Seks zamanı qan dövranı sürətlənir, bədən əzələləri hərəkətə gəlib məşq edir. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən az 10 yaş daha gənc və gözəl görünürlər.

Aktiv cinsi həyatın beyin üçün də faydaları çoxdur. Belə ki, seks zamanı beyin normadan daha çox işləyir. Həmçinin sekslə birlikdə başağrısı, stres kimi problemlər də aradan qalxır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı məsləhət görürlər.

Təbii makiyaj təsiri: Cinsi yaxınlıq ən təbii makiyaji hesab olunur. Gündə 15 dəqiqə sekslə məşğul olmaq dodaqlarınızın qızarmasına, yanaqlarınızın təbii rənginə qovuşmasına və cildinizin parlamasına kömək edəcək. Seks zamanı həyəcanlanma əsnasında genişlənən damarlar selikli qişaya təsir edərək dəriyə uzun müddətli qırmızılıq və işıltı verir. Cinsi yaxınlıq qan damarlarını sürətləndirdiyi üçün saçlara da faydası var. Bunun sayəsində saçlarınız təbii görünüşünə qayıdacaq.

Qırışları yox edir: Həkimlərin fikrincə, dəridə yaranmış qırışların çoxu problemlər və narahatçılq üzündən yaranır. Kremlərdən nə qədər istifadə etsəniz də, narahatçılığınızdan azad olmayacaqsınız. Cinsi yaxınlıq zamanı nəfəsalma əsnasında əldə etdiyiniz rahatlıq çox önəm daşıyır və seks 20 dəqiqə davam etsə də belə, qazandığınız rahatlıq günboyu sizi tərk etmir.