Cinsi detoks nədir? - Araşdırma

Sam Williams 22/10/2017

Cinsi detoks nədir? Cinsi detoks üçün hansı yollara əl atmalıyıq? Cinsi detoks edərkən cinsi həyatımızda nələrə diqqət etməliyik?

GoldNews.Az bu sualların cavabını araşdırıb, sizə təqdim edir.

Cinsi detoks nədir?

Sosial həyatda yaşadığımız müxtəlif problemlər cinsi həyatımıza birbaşa təsir edir. Həyatımızdakı bəzi ictimai normalar cinsi həyatımızı da təsiri altına salır.

İntim münasibətlərini dini baxımdan günah və pis olaraq görən cəmiyyətlər və insanlar adətən cinsi problemlərlə qarşılaşırlar.

Detoks bədənimizə müxtəlif yollarla daxil olan və tullantı maddə olaraq çölə atılmağı gözləyən zərərli toksinlərdən xilas olmaqdır. Cinsi detoks isə cinsi həyatınızda sizə mane olan mənfi fikirlərdən xilas olmaqdır.

Cinsi detoks necə edilir?

Müxtəlif tədris kitabları oxuyaraq cinsi detoksun sirlərini öyrənə, terapevt görüşləri ilə beyninizi bu cür mənfi düşüncələrdən uzaqlaşdıra bilərsiniz.

Seksuallıq ayıb və ya günah bir fakt deyil. Müsbət bir çox cəhəti var. Əvvəla, niyə cinsi həyatınız da bu cür mənfi şeylər düşündüyünüzü həll etməli və o problemlərin üstünə getməlisiniz.

Şəxsi olaraq inkişaf etməyinizi təmin edəcək müxtəlif kurslara gedə, xobbi əldə edə bilərsiniz. Əsəblərinizə nəzarət etməlisiniz.

İntim münasibətləri tez-tez qurmalı və zaman məhdudlaşdırması olmadan, zamana bağlı qalmadan görüşməlisiniz.

Tərəfdaşınız ilə daha səmimi bir cinsi əlaqə saxlamalısınız.

Pornoqrafiya kimi həqiqəti olmayan virtual aləmdən uzaqlaşıb, daha realist və özünüzün müəyyən etdiyiniz bir cinsi həyat müəyyən etməlisiniz.